BAKI, 6 okt – Sputnik. Liviyadakı siyasi böhranın həll edilməsi üçün BMT-nin xüsusi nümayǝndǝsi Bernardino Leon-un rəhbərliyində Mǝrakeşdə toplantı keçirilib.
Tǝrǝflər razılıq ǝldǝ edilmǝsi üçün Birləşmiş Millətlərin nəzarətində Suheyrat şǝhǝrindǝ bir araya gǝliblǝr.
Görüşdǝ milli birlik hökumǝtindǝ yer alacaq hökumǝt başçısı vǝ iki müavininin müǝyyǝnlǝşǝcǝyi gözlǝnilir.
Liviyada qarşıdurmaların sonlanması vǝ böhrana siyasi hǝll yolu tapılması mǝqsǝdilǝ ilk müzakirǝlǝr yanvar ayında Cenevrǝdǝ başlamışdı.