BAKI, 6 okt – Sputnik. Azərbaycan oktyabrın 25-də qış vaxtına keçəcək və həmin gün ölkədə saatlar bir saat geri çəkiləcək.
Bu barədə Sputnik-ə məlumat Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilib.
Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Beləliklə, 2015-ci ildə də qış vaxtı oktyabr aynda son bazar günü 25-nə təsadüf etdiyindən oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək.