BAKI, 6 okt — Sputnik. ASAN Könüllülərinin marifləndirici təşəbbüsü olan Nəqliyyat Bələdçisi öz işinə start verdi.
Layihə çərçivəsində Könüllülər, nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "Baku Bus” avtobuslarında sərnişinlərin avtobuslara növbəli şəkildə daxil olması, kartdan düzgün istifadə etməsi, avtobuslara daxil olarkən və düşərkən müvafiq təlimatlara riayət etməsi qaydaları ilə əlaqədar sərnişinləri marifləndirəcək.
“Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə keçirilən layihədə 500-ə qədər könüllünün iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı da aksiyaya qoşulub və ilk bələdçilərdən olub.