BAKI, 6 okt — Sputnik. Noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinidə qatılan Uşaq Teatrının direktoru İntiqam Soltanın namizədliyi rəsmən qeydə alınıb.
Bu barədə Sputnik-ə MSK-dan məlumat veriblər.
İntiqam Soltanın namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, İntiqam Soltan 35 saylı Xətai Üçüncü Seçki Darəsindən namizədliyini irəli sürüb. Xatırladaq ki, 35 sayı Xətai Üçüncü Seçki Dairəsində İntiqam Soltanın rəqibləri YAP-ın namizədi Ağrılı Aliyə, “Ümid” partiyasının sədri İqbal Ağazadə, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, 317 saylı orta məktəbin müəllimi Ofelya Allahverdiyeva, Bakı Sənaye Pedaqoji kollecinin əməkdaşı İlahə Əmiraslanova və Böyük Quruluş Partiyasının namizədi Adıgözəl Məmmədovdur.