BAKI, 6 okt — Sputnik. İsveçin Nobel Komitəsi 2015-ci ildə fizika üzrə mükafatın sahibini açıqlayıb.
Sputnik-in məlumatına görə, yaponiyalı Takaaki Kadzito və kanadalı Artur Makdonald “Neytrinlərin kütləsinin olduğunu göstərən neytrin rəqsləri” sahəsindəki kəşfləri ilə əlaqədar bu mükafata layiq görülüblər.
Xatırladaq ki, ötən gün fiziologiya və tibb üzrə irlandiyalı Uilyam Kempbell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya, çinli Yuyu Tu isə malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.
Oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək. İqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 12-də açıqlanacaq.