BAKI, 6 okt — Sputnik. Son aylarda milli valyutanın məzənnəsinin saxlanması məqsədi ilə Azərbaycanın Mərkəzi Bank öz valyuta ehtiyatını xərcləyir və nəticədə son 9 ay ərzində bankın demək olar ki, valyuta ehtiyatının 50%-i manatın məzənnəsinin devalvasiyaya uğramasının qarşısının alınmasına yönəlib.
Əgər 31 dekabr 2014-cü il tarixdə Mərkəzi Bankın valyuta ehtiyatı, 13, 758 mlrd dollar təşkil edirdisə, sentyabrın 30-na olan məlumata görə, bu həcm 6,714 mlrd dollar azalaraq 7,044 mlrd dollar təşkil edib.
Sputnik bankın rəsmi saytına istinadən xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinin sabitlyinin qoruyub saxlamaq üçün təkcə cari ilin sentyabr ayında valyuta ehtiyatından 271, 2 mln. dollar istifadə edib.
Avqust ayında devalvasiya risqi olduğundan Mərkəzi Bank valyuta ehtiyatından 1,186 mlrd dollar vəsait xərcləməli olub.
Mərkəzi Bankın valyuta ehtiyatının azalması neftin dünya azarında qiymətinin enməsi və bunun nəticəsində Azərbaycan valyutasının devalvasiyaya uğrması ilə əlaqədardır. Mərkəzi Bank manatın məzənnəzinin saxlanması məqsədi ilə hər il bazara müəyyən miqdarda maliyyə vəsaiti çıxarmaqla manatın sabitlyinin qorunmağa çalışır.