BAKI, 6 okt – Sputnik. NATO-nun Baş Katibi Jens Stoltenberq Rusiya hərbi hava qüvvələrinə aid qırıcıların Türkiyə hava məkanını pozması ilə bağlı şok açıqlama verib.
“Rus qırıcıları Türkiyə hava məkanına bilərəkdən daxil olub. Rusiya Müdafiə Nazirliyinin “bu bir qəza idi” açıqlaması doğru deyil” deyə Stoltenberq bildirib.
Rus qırıcıların türk hava məkanını pozması qəbuledilməzdir deyən NATO baş katibi, Rusiyanı ehtiyyatlı olmağa çağırıb.