Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edildi

Abunə olmaq
Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

BAKI, 6 okt — Sputnik. “Müflisləşmə və iflas haqqında” AR qanununa dəyişiklik edilib.

Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar  iclasında “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.  

Qanuna dəyişiklik barəsində məlumat verən  İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanuna yeni maddənin əlavə olunması təklif edilir.  

O, əlavə edib ki, qanun layihəsi Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: “Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir.  

Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Mərkəzi Banka şamil edilmir.

Qanunda istifadə edilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir”.   Bu dəyişiklik “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” qanunlar arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.  

Sənəd qəbul edilib.    


Xəbər lenti
0