BAKI, 6 okt — Sputnik. Tarif Şurası daha 47 adda dərman vasitəsinin qiyməti barədə qərar verdi.
Bu barədə Sputnik-ə məlumat Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilib.
Tarif (qiymət) şurasının 5 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 6 oktyabr 2015-ci il tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.
Ümumilikdə, bu günə kimi 2183 dərman vasitəsinin qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənib.
Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə oktyabr ayının 20-ə kimi sənədlərin (bəyannamələrin) qəbulu elan edilib.