Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov jurnalistlərə bildirib ki, Suriya Dövlət Başçısı Bəşər Əsəd hərbi yardım üçün Rusiya rəhbərliyinə müraciət edib. Rusiya silahlı qüvvələrinin Suriyada istifadə olunması qərarı xarici-siyasi məqsədlərə nail olma və ambisiyalarla deyil, Rusiyanın maraqları ilə diktə olunub. Hərbi-hava qüvvələrinin əməliyyatları planlaşdırılır, rus qoşunlarının yerdə istifadə olunması isə istisna olunur.
Məkan və zaman çərçivələri
Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı əməliyyatının müəyyən zaman çərçivəsi var, lakin istifadə olunan döyüş təyyarələrinin detalları və onların sayı hələki bildirilmir. Təxmin etmək olar ki, aviasiya kəşviyyatı, bombardmançı və hücum təyyarələrindən istifadə oluna bilər. Bunun üçün tək Suriyadakı Laziqiyyə aviabazası deyil, eləcə də tərəfdaş ölkələrin hava limanlarından istifadə oluna bilər.
Son günlər Suriya və İraq ərazisi Amerika Birləşmiş Ştatları, Fransa və Avstraliya hərbi təyyarələri tərəfindən bombalanır. Bu beynəlxalq hüququn pozulması ilə baş verir. Üçüncü ölkə ərazisində silahlı qüvvələrdən ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da ki bu ölkənin qanuni rəhbərliyinin istəyi ilə istifadə etmək olar. Buna görə də, Rusiya yeganə ölkədir ki, onun Suriyadakı əməliyyatı qanuni xarakter daşıyır.
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Barak Obama ilə ikitərəfli görüşün sonunda bildirdi ki, Rusiya qoşunlarının Suriyada İŞİD-ə qarşı yerüstü əməliyyatlarda iştirakı haqda söhbət gedə bilməz. Suriyanın taleyi ilə suriyalılar özləri məşğul olmalıdırlar. Beləliklə, o qeyd etdi ki, Rusiyanın hərbi köməyi suriyalıların öz seçimləridir.
Rusiyadakı ABŞ səfirliyi Rusiya Hava Qüvvələrinin Suriyada tətbiq olunmasını şərh etdi: “Putin və Obama razılaşdılar ki, onların bu regionda İŞİD ilə mübarizədə ümumi maraqları var”. İkinci Dünya müharibəsindəki kimi, ümumi təhlükəli düşmən dünənki rəqibləri birləşdirir. ABŞ-ın Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaqdan başqa seçimi yoxdur.
Bağdaddakı İnformasiya Mərkəzi
Bağdadda dördtərəfli informasiya mərkəzinin yaradılmasından sonra Rusiya hərbi aviasiyasının Suriyaya daxil olunması qərarı terrorizmə qarşı birgə mübarizə xəttini davam edir. Mərkəzin əsas funksiyası İŞİD-lə mübarizə kontekstində Yaxın Şərqdəki vəziyyət haqqında informasiyanın toplanması, təhlil olunması, ümumiləşdirilməsi və Rusiya, Suriya, İran və İraq Baş Qərargahlarına operativ ötürülməsi olacaq. Struktura rotasiya nəznində üç ay müddətinə Rusiya, Suriya, İran və İraq zabitləri başçılıq edəcəklər.
Çərşənbə axşamı Bağdada altı Rusiya və eyni sayda İran hərbi ekspertləri gəldi. Bu baxımdan, sentyabrın 29-u Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əsas vəzifənin tam informasiya mübadiləsinin qurulması, qalan vəzifələrin isə şəraitdən asılı olduğunu bildirib. Lakin bütün bu işlər Silahlı Qüvvələrin operativ reaksiyası olmadan səmərəsiz olardı.
Putinin planı
Görünür, Vladimir Putin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasına tək nitq mətni ilə deyil, eləcə də Yaxın Şərq probleminin həlli ilə bağlı hazır plan ilə getmişdi. Bu gün də biz bu layihənin necə real impuls əldə etdiyini görürük.
Son illər Rusiya Hərbi Dəniz estakadası Aralıq dənizinin şərqində müntəzəm manevrlər həyata keçirir. 30 sentyabr — 7 noyabr tarixlərinə “Moskva” qvardiya raket kreyseri, “Ladnıy”, “Smetlivıy” və bir neçə başqa patrul gəmilərinin iştirakı ilə növbəti hərbi-dəniz təlimləri təyin olunub.
2015-ci ildə Rusiya tək, o cümlədən Çin və Misir donanmaları ilə birgə Suriya sahilləri yaxınlığında bir sıra təlimlər keçirib. Hələ ötən əsrdən Rusiya hərbi ekspertləri Suriyanın Tartus limanında 720 punktluq maddi-texniki təminatın yüksək effektivliyini qoruyurlar.
Rusiya yeni hərbi texnikanın Suriyaya tədarükünü aktivləşdirdi. Qərb mənbələrinə görə, sentyabrın birinci yarısında Suriyaya silah və texnika ilə beş böyük Rusiya desant gəmisi göndərilib, Laziqiyyə hərbi hava bazasına isə Rusiyadan müntəzəm olaraq An-124 ağır nəqliyyat təyyarələri gəlir.
Bu yaxınlarda İraqda ABŞ qüvvələrinin başçısı general Lloyd Ostin Silahlı Qüvvələr üzrə Senat Komitəsi qarşısında ifadə verərkən Rusiyanın Suriyadakı əsas məqsədini anlamadığını qeyd edib.
Eyni zamanda Moskva Suriya və digər Yaxın Şərq ölkələrində öz təsirini artırır. Təsadüfi deyil ki, İngiltərənin “The Independent” nəşrinin analitiki Toni Brenton belə nəticəyə gəlir: “Rusiyanın əsas məqsədi ona Qafqaz və gidər regionlarda təhlükə yaradan islam fundamentalizminin yüksəlməsinin qarşısını almaqdır. Rusiya artıq Qərbin İraq və Liviyada bu məsələnin öhdəsindən gələ bilmədiyini görüb”.
Aleksandr Xrolenko,
“RİA-Novosti”nin eksperti