BAKI, 5 okt — Sputnik. Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 6 nəfər ağır xəsarətlər alıb.
Hadisə Zığ şossesində qeydə alınıb.
Şirkətlərdən birinə məxsus “Mitsubishi” markalı pikap avtomobili şosse ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb, daha 7 nəfər isə yaralanıb. Yaralılardan 48 yaşlı Eyvaz Osmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
3 saylı Şəhər Klinik Xəstəxasnasından APA-ya verilən məlumata görə, hazırda xəstəxananın reanimasiya şöbəsində 6 ağır yaralı var. Onlar aşağıdakılardır:
Mehdi Əlihüseynov, 37 yaş
Dadaş Ağayev, 38 yaş
Mehman Məhərrəmov, 44 yaş
Elşən Dəmirov, 55 yaş
Bəxtiyar Qəribov, 26 yaş
Zahid Zeynalov, 25 yaş.
İlkin ehtimala görə, qəzaya yüksək sürət və yağışlı hava səbəb olub.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində ölənin şəxsiyyəti dəqiqləşdirilir.