BAKI, 6 okt — Sputnik. Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb, 300-dən çox insan itkin düşmüş hesab olunur.
Sputnik-in məlumatına görə, təbii fəlakət zonasında yüzlərlə xilasedici və 100-ə yaxın ekskavator işləyir.
Bölgədə davam edən yağışlar xilasedicilərin işini xeyli çətinləşdirir. Son iki gün ərzində qəsəbədə daha iki xırda torpaq sürüşməsi qeydə alınıb.
Qeyd edək ki, Qvatemalada 3 günlük matəm elan edilib. Ölkə hökuməti sağ qalan qəsəbə sakinlərini təhlükəsiz əraziyə köçürmək niyyətindədir.