CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu marketlərdən ərzaq almayın

© Flickr / Bart Koop-HenzenGreek fruit and vegetables market
Greek fruit and vegetables market - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

BAKI, 5 okt — Sputnik. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı:

Suraxanı rayonunda

— Əmircan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 3C ünvanında Samirə Qasımovaya məxsus mağazada;

Yasamal rayonunda

— Yeni Yasamal qəsəbəsində Vəli Qarayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

— R.Tağıyev küçəsi, 59 ünvanında Coşqun Kazımova məxsus mağazada;

Binəqədi rayonunda

— M.Ə.Rəsulzadə qəsəbəsi, M.Aydınbəyov küçəsi, 38 ünvanında Mürvət Vəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Abşeron rayonunda

— Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsi, 35 ünvanında Cavid Babayevə məxsus mağazada;

Neftçala şəhərində

— Nizami küçəsində Meyrənsə Xankişiyevaya məxsus mağazada;

Mingəçevir şəhərində

— M.V.Vidadi küçəsi, 4 ünvanında Vüsal Əzizova məxsus mağazada;

Zərdab rayonunda

— Körpükənd kəndində Gülnarə İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0