BAKI, 5 okt — Sputnik. Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: “Onlardan 572-si siyasi partiyalar, 62-si “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.