BAKI, 5 okt — Sputnik. Texas alimləri qurğuların sevgi münasibətlərinə mənfi təsir göstərə bilməsini müəyyənləşdiriblər. Beylor Universiteti əməkdaşlarının sözlərinə görə, buna səbəb insanlarda ehtiyac olmadan telefona yersiz baxmaq və ona diqqət yetirmək vərdişinin yaranmasıdır. Universitet alimləri tərəfindən aparılan tədqiqatın nəticələrindən məlum olub ki, bu vərdiş iki sevgili arasında xoşbəxtlik yolunda ciddi maneə ola bilər.
Qeyd olunur ki, bu pis vərdiş çoxsaylı insanlar üçün xarakterikdir. Telefona daima diqqət yetirilməsi, qarşı tərəfin yanında oyunlara aludəçilik hörmətsizlik kimi qəbul edilməyə başlayıb ki, bu da sevgililər arasında münaqişələrə səbəb olur. 453 könüllünün iştirak etdiyi sorğunun nəticələrinə görə, telefona sahib insanların 46,3 faizinin diqqəti daima yayınıb, qurğunu əlində saxlayıb və ya ekrana baxıb.
Bu hərəkətlər isə qarşı tərəfin narazılığına gətirib çıxarır. Sorğuda iştirak edən könüllülərin sözlərinə görə, real həyatda sevgililəri onlara telefona görə dəfələrlə iradlar tutublar. İştirakçıların ümumi sayının 36 faizi qurğulara görə düşən mübahisələrin depressiyaya səbəb olmasını bildirib.