BAKI, 5 okt – Sputnik. Türkiyənin Bursa şəhərində bir vətəndaş telefon fırıldaqçılarının tələsinə düşüb.
N.K. adlı vətəndaşa telefonla zəng vuran naməlum şəxslər özlərini bank işçisi olaraq tanıdıblar. Fırıldaqçılar N.K.-dan telefonuna gələn mesajı onlara oxumasını istəyiblər. N.K. da fırıldaqçılara uyaraq bank hesab nömrələrini deyib. Bir müddət sonra banka zəng vuran N.K. hesabındakı 557 lirənin (200 manat) çəkildiyini öyrənir.
Türk polisi hadisə ilə əlaqədar cinayət işi başladıb.