BAKI, 5 okt — Sputnik. Türkiyəli rəssam Tüzel Süt bütün dünyanı heyrətləndirən layihəyə imza atıb. O, gözdən əlil insanların da rəngləri hiss etməsinə yardımçı olan rəsimlər hazırlaya bilir.
Görmə qüsuru olanların, rəsimləri qabarıq hazırlanan panellərə toxunaraq, dinləyərək və hər bir rəngə məxsus qoxuları iyləyərək qavrama imkanı verən "Rəngli hissetmə" layihəsi hazırlanıb.
Sözügedən layihə əsasında Gözdən Əlillərin Beynəlxalq Birliyinin İsveçrədəki mərkəzində muzey də açılıb.
"Bu insanlar panellərə toxunduqları zaman əlləri ilə hiss edə və qulaqlıqlar taxmaqla rəsmin ölçüləri və rəngləri haqqında məlumat ala bilirlər. Burada rənglər qoxu və hərarətin dəyişməsi ilə qavranılır. Məsələn, yaşıl rəng yenicə biçilmiş çəmənin qoxusu, sarı rəng isə hərarətin artması ilə hiss olunur"
Almaniyanın Hamburq şəhərində yaşayıb-yaradan Sütün əsərləri indiyədək dünyanın bir çox şəhərlərində sərgilənib.