CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən güclü smartfonu satışa çıxarılacaq

CC0 / stevepb / phoneLeTV Max smartfonu
LeTV Max smartfonu - Sputnik Azərbaycan
Abunə olmaq
6 qiqabaytlıq prosessorun operativ yaddaşla birləşməsi "LeTV Max 2” modelini dünyanın ən güclü smartfonu edəcək

BAKI, 5 okt – Sputnik. Çində fəaliyyət göstərən “LeTV” şirkəti dünyanın ən güclü smartfon modelini satışa çıxaracağını açıqlayıb. 

Ən yeni “Qualcomm Snapdragon 820” prosessoru, 6 qiqabaytlıq operativ yaddaş və 5,7 düymlü ekranla təchiz ediləcək “LeTV Max 2” yeni smartfon modeli yaxın günlərdə mağazalarda olacaq.

"Snapdragon 820” prosossoru xüsusiyyətlərinə görə əvvəlkilərdən iki dəfə daha sürətlidir. Hal-hazırda smartfonlar üçün 3 qiqabayt həcmli operativ yaddaş, bazar standartı hesab edilir.

6 qiqabaytlıq prosessorun operativ yaddaşla birləşməsi "LeTV Max 2” modelini dünyanın ən güclü smartfonu olacağı gözlənilir.

Bundan başqa, şirkət yeni smartfonları 2560x1440 piksel təsvir ölçülü 5,7 düymlü ekran və “Sony” şirkətinin istehsalı olan 23 meqapikselli sensorlu kamera ilə təchiz edəcək. 

Yeni modelin 2016-cı ilin ilk aylarında bazara çıxarılacağı gözlənilir.

Xəbər lenti
0