BAKI, 5 okt – Sputnik. Müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidində baş verənlərlə bağlı Türkiyədən İsrailə sərt xəbərdarlıq edilib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb:
“Müsəlmanların Əl-Əqsa məscidi də daxil olmaqla Qüdsə girişlərinə maneə törədilməsi qəbul edilməzdir. Şərqi Qüds Fələstin torpaqlarının ayrılmaz bir parçasıdır. Və bu bölgənin işğalının ortaya çıxardığı nəticələr, alınan tədbirlər üçün bəhanə ola bilməz. İsrail ağlını başına yığmalı və təhrikedici davranışlardan qaçınmalıdır”
Sentyabrın 13-də fələstinlilərin Əl-Əqsa məscidinə girişinə yəhudilərin maneə törətməsi səbəbiylə bölgədə indiyədək gərginlik hələ də davam edir. İsrail polisi ilə fələstinlilər arasında baş verən qarşıdurmalarda ölənlər və yaralananlar olub.