BAKI, 5 okt – Sputnik. Avropanın bir çox yerlərində qaçqınlara dəstək üçün kütləvi nümayişlər keçirilir.
Fransanın paytaxtı Parisdəki nümayişə on minlərlə insanın qatıldığı bildirilir. Onlar, Avropa sərhədlərinin, çətin vəziyyətdə olan miqrantlara açılmasını tələb edirlər.
Əsasən Avropanın qərb bölgələrinə keçməyə çalışan qaçqın miqrantlar, Serbiyadan Xorvatiyaya keçir. Bu ölkəyə daxil olan mühacir sayının 100 mini keçdiyi qeyd olunur.
Miqrantlar dəniz yolu ilə Yunanıstana, oradan da Makedoniyaya və Serbiyaya keçirlər.