BAKI, 5 okt – Sputnik. “Türklərlə kürdlərin qardaşlığı sarsılmazdır və əbədidir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı qürbətçilərlə görüşündə deyib.
“Millətimiz arasında ayrı-seçkilik salınmasına imkan verilməyəcək. Xalqlarımız min ildir qardaş kimi eyni damın altında yaşayır. Və bu qardaşlıq əbədiyyətə qədər davam edǝcǝk. İnsanlarımıza atılan güllǝ, birlik və bərabərliyimizə, qardaşlığımıza atılır və biz bunu çox yaxşı dərk edirik. Əmin olun, bu oyunu pozacağıq”
Qaçqın böhranına da toxunan Ərdoğan, qərb ölkələrinin liderlərinə səslənib: "Ey Avropa, hardadı sizin insan haqlarına verdiyiniz dəyər? Heç mi oxumadınız öz yazdığınız bəyannamələri? Siz qaçqınları qapılarınızdan qovmağa davam edin, ancaq biz bu məzlum və günahsız insanları qonaq qəbul etməyə davam edəcəyik”