BAKI, 4 okt — Sputnik. Türkiyə tezliklə milli ödəniş sistemini istifadəyə verəcək. “TROY” adlanan layihənin 2016-cı ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur.
“Bizə daha müstəqil olmağa və ödənişlərdə innovasiyalar üçün ehtiyac duyulan əlavə vəsaitlərə qənaət etməyə imkan verən yerli həll lazımdır. Türkiyənin bank sektoru yeni alternativ ödəniş sistemi yaratmaq üçün ən yeni texnologiyalara malikdir”, — yerli bank sektorunun ekspertlərindən biri deyib.
O, daha sonra qeyd edib ki, Türkiyə ödəniş sistemini geniş biliklər və texnoloji gücün köməyi ilə yaradılan mövcud infrastruktur əsasında tətbiq edir. Dünyanın müxtəlif ölkələrində daxili bazarda populyarlıq qazanan çoxlu yerli ödəniş üsulları mövcuddur.
Artıq Türkiyədə fəaliyyət göstərən bankların hamısı birinci milli ödəniş sisteminə qoşulub.