BAKI, 4 okt — Sputnik. NLP mütəxəssisi Babək Bayramovun dəyərli məsləhətləri:
Yaş ötür və bir gün sən planlaşdırılmış həyatının, xəyallarında qurduğun karyeranın tam yanından keçdiyivi başa düşürsən.
“Gənc olduğun zaman həyatın hələ də başlamadığını düşünürsən, “həyat” planlarını gələn həftəyə, gələn aya, gələn ilə, tətildən sonraya, nə vaxtsaya saxlayırsan. Lakin birdən ayılırsan ki, artıq cavan deyilsən, planlaşdırılmış həyatsa hələ də baş tutmamışdır” (Duqlas Kouplend).
Təhlükəsiz adi iş 9:00 – 18:00 saatlarında ofis işidir. Burada bonuslar, ödənişli məzuniyyət, stabillik və gələcəyə inam vardır.
Lakin sən eynilikdən və darıxdırıcı işindən bezmisən. Tıxac və gecikmələr boğaza yığıb. Əlavə iş, istirahət günləri işə çıxmaq səni yorub. Kredit, ipoteka və digər öhdəliklər. Orta yaş krizisi yaşayırsan. Artıq çəki və xroniki yorğunluq. Depressiya və təcrid olunmuş hissi. Adi hər şeyə görə aqressiya. Ailə qarşısında mənəvi və maddi məsuliyyət. Buna həyat demək olar? Bu vəziyyətə necə düşdün? Azadlığını və arzularını harda itirdin?
Həvəsin olanı tap
“Həvəssiz dünyada heç bir əhəmiyyətli iş görülmür” (Qeorq Qeqel).
Nə ilə məşğul olmaq istəyirsən? İstədiyin peşələri özün üçün yaz. Sonra siyahıya diqqətlə nəzər yetir. Burada sən heç də arzulara bənzəməyən peşələri görəcəksən. Lakin içində məhz o, sənin arzun tapılacaqdır. Məhz həmin zaman arzularını yerinə yetirməyə başlamaq istəyirsən.
İşin gəlirini qiymətləndir
Sənin arzularının işi yüksək maaşlı və az maaşlı ola bilər. Əgər iş yaxın gələcəkdə yetərincə pul vəsaiti qazandıracaqsa, narahat olmağa bir səbəb yoxdur. Əgər az maaş və riskli bir işdirsə burada səni çətinliklər gözləyir. İşini maddi tərəfdən araşdır. Həmişə bir çıxış yolu tapmaq olar.
Plan qur
“Heç bir zaman səhvə yol verməyən uğurlu insan anlayışı yoxdur. Yalnız səhv edib və sonradan bu səhvlərdən dərs alaraq planlarını dəyişən uğurlu insanlar var. Mən məhz belə oğlanlardanam” (Stiv Cobs).
Aydın məqsədlər plana ehtiyac duyurlar. Xəyallarınızın işi özü sizə gələn deyil. Bu məqsədə çatmaq üçün sizə nə lazımdır? Təcrübə və biliklər? Kursları bitirmək? Oxumaq? Lisenziya almaq?
Həyatında qurduğun ən dəqiq planlarından birini qur. Strateqiyaları qeyd et və işlərin gedişatını düşün. Plan nə qədər dəqiq və zəngin olarsa, uğur bir o qədər sizə yaxın olacaq. Amma unutma ki, ən dəqiq qurulmuş plan belə hadisələrin inkişafı ilə dəyişikliklərə məruz qalacaqdır.
Xəyallarınızın işinə hazır olun
Bir çox insanlar işlərini dəyişməyə qorxurlar. Dərhal işdən çıxmaq lazım deyil. Keçid dövrü üçün pula ehityacınız olacaqdır. Xəyallarınızın yerinə yetirməyə hazır olmalısınız.