BAKI, 4 okt — Sputnik. NLP mütəxəssisi Babək Bayramovdan dəyərli məsləhətlər
Millətindən asılı olmayaraq, hər kəs gülümsərkən eyni şeyləri izah edir və hər kəs eyni şeyi anlayır.
Gülümsəmək hər insanın sifətinə yaraşan ifadədir.
Gülümsəmək dodaq kənarlarının yanaqları sıxışdıraraq yüksəlməsi, yəni gözəllikdir.
Gülümsəmək bir günün qazanc gətirən ən gözəl investisiyasıdır.
Gülümsəmək adamın içindəki müsbət enerjinin, ümidin ən gözəl göstəricisidir.
Gülümsəmək içi qan ağlayarkən, ya da bir çox dərd ilə döyüşərkən, yenə də edilsə dünyanın ən hörmətə dəyər hərəkətlərindən biridir.
Gülümsəmək göz bəbəklərində olduğunda qarşısındakı insanda xoş hisslər yaradandır.
Gülümsəmək yer üzündə bir insandan istənə biləcək ən gözəl şeydir.
Gülümsəmək bəzən də, ən gözəl susma hərəkətidir.
Gülümsəmək həyatdır, sən də gülümsə!
Bəs o zaman nə gözləyirsən?