BAKI, 2 okt – Sputnik. Müğənni Roza Zərgərli evdə paltarlarının çox olduğunu və onlara yer tapa bilmədiyini deyib.
Bir çoxunu tanıdıqlarıma hədiyyə etmişəm. Ancaq yenə də evdə qoymağa yer tapmıram. Bəziləri də çox açıq-saçıqdır. Ukraynanın tanınmış saytlarından biri ilə əməkdaşlığa başlamışıq. Bundan sonra geyimlərim həmin saytda satışda olacaq. Saytın Azərbaycan versiyası da yaradılıb. “Atəş” klipindəki geyimim artıq satışa çıxarılıb. 5 min manata almışdım, 1000 manata satıram. Əldə etdiyim gəliri isə xeyriyyə işlərinə sərf edəcəm” deyə Zərgərli bildirib.