Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Beynəlxalq Bankdakı problemi kreditin həcmi 6 mlrd dollardan artıqdır

Abunə olmaq
Zahid Oruc: Bu gün ölkədə sadə vətəndaşların ümumi kredit portfeli bir milyard dollardan bir artıq olsa da, təkcə Azərbaycan Beynəlxalq Bankındakı problemi kreditin həcmi altı milyard dollardan artıqdır.

BAKI, 2 okt — Sputnik. Bu gün ölkədə sadə vətəndaşların ümumi kredit portfeli bir milyard dollardan bir artıq olsa da, təkcə Azərbaycan Beynəlxalq Bankındakı problemi kreditin həcmi altı milyard dollardan artıqdır.

Sputnik xəbər verir ki, belə bir bəyanatla Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə  zərfi ilə bağlı aparılan müzakirələri zamanı deputat Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, adı çəkilən bankın təsisçilərindən biri dövlət olduğundan buradakı vəsaitlərin böyük qismi dövlətə məxsus olub: “Bu bank heç bir zəmanət olmadan və kreditlərin geri dönüşünə təmin edən mexanizm tətbiq etmədən çox böyük həcmdə kreditlər verib. Nəticədə  problemli kreditin həcmi altı milyard dollardan yuxarıdır. Bu kreditlərin müəyyən qismi hüquq-mühafizə orqanlarının prosesə qoşulması nəticəsində geri qaytarılsa da, yenə də böyük hissəsi qaytarılmayıb.”

Millət vəkili onu da əlavə edib ki, 40-50 min dollar həcmində kredit götürən şəxs ondan 3-4 dəfə baha girov qoyur və problem yarananda ona qarşı sərt qaydalar tətbiq olunur. “Ancaq çox böyük həcmdə milyonlarla dollar həcmində heç bir qarantiya olmadan və girov qoymdan kreditlər verilib. Lakin onun geri dönüşü mexanizmi yaradılmayıb. Bax, əsas məsələ bundadır”, — deyə millət vəkili qeyd edib.

O hesab edir ki, belə bir problemin yaranması iqtisadi cəhətdən cəmiyyətə ciddi zərbə vurur: “Yəni bu, kredit mühitini korlayır, maliyyə şəffaflığına zərbə vurur, təşəbbüskarlığa mane olur və bir çoxlarını gözləmə mövqeyində durmağa vadar edir.”

Məsələyə aydınlıq gətirən maliyyə naziri Samir Şərifov bildirib ki, hadisə ilə bağlı məsuliyyət daşıyanlar  barəsində ciddi tədbirlər görüləcək. 

Xəbər lenti
0