Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Millət vəkili AZAL-ın özəlləşdirilməsini təklif edir

Abunə olmaq
Belə bir təkliflə Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc çıxış edib.

BAKI, 2 okt — Sputnik. Millət vəkili AZAL-ın özəlləşdirilməsini təklif edib.

Sputnik xəbər verir ki, belə bir təkliflə Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc çıxış edib. 

Onun sözlərinə görə, AZAL fəaliyyətini necə qurmasından asılı olmayaraq bu quruma dövlət tərəfindən dotasiyalar ayrılır. 

“Əgər bu qurumun fəaliyəti özünü doğrultmursa, o zaman özəlləşdirilməlidir. Bu gün AZAL-ın dövlətə xeyli borcu var və bu borc haradasa beş yüz milyon (500 000 000) manat civarındadır. Dövlətin bu sahəyə dotasiya ayırması ilə problemi həll etmək mümkün olmur. Yaranmış problemi həll etmək üçün ya AZAL-ın idarəetməsi xaricilərə verilməli, və ya o özəlləşməyə çıxarılmalıdır. Ancaq bu yolla problemin həllinə nail olmaq mümkündür. Normal rəqabət yaranar və dövlət də belə bir yükdən azad ola bilər”, deyə millət vəkili bildirib.

Maliyyə naziri Samir Şərifov isə buna cavab olaraq bildirib ki, AZAL-ın özəlləşməsi uğurlu deyil və bu problemin həlllinə deyil, digər daha ciddi problemlərin yaranmasına gətirib çıxarar: “Ümumiyyətlə hava nəqliyyatının özəlləşməsi dünyada özünü tam doğrultmayıb.” 

Dünya praktikasından danışan nazir bildirdi ki, Rusiya və Yunanıstanda bu sahə özəlləşdirilsə də, istənilən effekti vermədi və əksinə dövlətə ciddi problemlər yaratmış oldu: “Aviaşirkət iflasa uğrayanda yük yenidən dövlətin üzərinə düşür və bu zaman dövlət üçün ikiqat çətin olur. Ona görə də bu sahəyə dotasiya verilməlidir və AZAL-a da dotasiya ayrılması bundan sonra da davam edəcək. Hətta ABŞ-ın tanınmış 3 aviaşirkəti əksər hallarda dövlət tərəfindən yardım alır. Dövlət onları qoruyur. Ona görə bu məsələdə ehtiyatlı yanaşmaq lazımdır”.

Xəbər lenti
0