Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: ABB-in keçmiş rəhbərliyi təminatsız risqli layihələrə imza atıb

© trendСамир Шарифов
Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə naziri Samir Şərifov: Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib.

BAKI, 2 okt — Sputnik. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyi təminat olmadan risqli layihələrə imza atıb. 

Sputnik xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc tərəfindən ona ünvanlanan suala cavab verən zaman deyib.

Büdcə layihəsinin müzakirləri zamanı millət vəkili müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifova sual ünvanlayaraq deyib ki, "Hansı səbəbdən heç bir girov olmadan Beynəlxalq Bank müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki, sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib".

Millət vəkilinin sualına cavab olaraq nazir bildirib ki, Beynəlxalq Bankının sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib: "Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Beynəlxalq Bankın sağlamlaşdırılması üçün Fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur".

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda onun və bankın fəaliyyəti ilə bağlı araşdırmalar gedir.

Xəbər lenti
0