SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK sədri: Biz hər zaman mətbuatla həmişə açıq işləməyə çalışmışıq

© AZƏRTAC gsr.fmMSK sәdri Mәzahir Pәnahov
MSK sәdri Mәzahir Pәnahov - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov: Mərkəzi seçki Komissiyası (MSK) KİV nümayəndələrinə seçki prosesini yaxından izləmək üçün hər cür şərait yaradıb.

BAKI, 2 okt — Sputnik. Mərkəzi seçki Komissiyası (MSK) KİV nümayəndələrinə seçki prosesini yaxından izləmək üçün hər cür şərait yaradıb.

Sputnik xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, bunun üçün onlar sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak edə bilərlər: “Biz hər zaman mətbuatla həmişə açıq işləməyə çalışmışıq. Ona görə də həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb”.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Milli Məclisə seçkiləri müşahidə etməkdən imtina etməsinə münasibət bildirən MSK sədri bildirdi ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyə dəvət edirlər: “Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın. İkinci, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm, bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var”.

Namizədlərin qeydiyyata alınma müddətinin bu gün başa çatdığını deyən Pənahov bildirdi ki, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini nəzərə çatdırıb: “Ona görə də bu tədbirin keçirilməsini zəruri saydıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr də faktiki daimi mətbuat orqanıdır. Sosial şəbəkədə təşviqat baxımından addım atılanda yüzlərlə dövrü nəşrin təsirindən daha çox olur. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir”. 

MSK sədri qeyd edib ki, seçkilərə kölgə salmaq üçün heç kimə bəhanə verilməməlidir.

Xəbər lenti
0