Tver bölgəsində Stalin muzeyinin açılışından heç iki ay keçməmişdi ki, Sovet diktatoruna hərs olunmuş daha iki abidə peyda oldu. Rusiya Federasiyası Kommunist Partiyasının nümayəndələri Penza və Mari El respublikasının Şelanqer kəndində Stalinin abidələrinin ucaldıldığı haqda məlumat verdilər.
Penzada baş katibin abidəsinin açılışı haqda partiyanın regional bölməsinin saytında bildirilib. Lakin əslində, söhbət yeni heykəldən deyil, köhnəsinin yerini dəyişməkdən gedir. Partiyanın Penza filialı Stalinin büstünü köhnə regional komitənin binasından şəhərin mərkəzində yerləşən yeni binaya keçirdi.
TASS-ın məlumatına görə, bu bəzi vətəndaşların narazılığına səbəb olub. Lakin, şəhər rəhbərliyindən aqentliyə deyilib ki, abidənin yerinin dəyişdirilməsi, kommunistlərin yeni yerin təsdiqi üçün rəhbərliyə müraciət etmədiyinə baxmayaraq, abadlıq qaydalarına zidd deyil.
Mari El Respublikasında isə Stalinin üç metrlik abidəsi Şelanqer kənd təsərrüfatı kooperativinin ərazisində quraşdırılıb. Reqional bölmənin saytında abidənin quraşdırılması “böyük insana təşəkkür ənənəsi” adlandırılıb. “Rusiya cəmiyyətində daha çox insan adı haqsız yerə altmış il ərzində unudulan liderin şəxsiyyətinə simpatiya ilə yanaşır” – məlumatda deyilir.
Qeyd edək ki, rusların təxminən 40%-ı Stalini yüz minlərə insanın repressiya qurbanı olmasında günahkar bilir. Rusların əksəriyyəti (53%) hesab edir ki, bunu əsaslandırmaq mümkün deyil.
Aydındır ki, Stalinə həsr olunmuş abidələrin inşası fonunda Vladivostokda Sovet sisteminin vəhşilik və haqsızlığını özünün “Qulaq arxipelaqı” romanında ifşa edən Nobel mükafatı laureatı Aleksandr Soljenitsinın abidəsinin ucaldılmasına narazı qalanlar oldu. Naməlum vandallar onun abidəsinə “İuda” yazılı lövhə asdılar.
Xatırladaq ki, “Qulaq-a yox” layihəsinin keçmiş koordinatoru Denis Soldatov çərşənbə günü həbs olunub.
Ümumiyyətlə, Stalinə həsr olunmuş abidələr Rusiyada mütəmadi olaraq yaranır. Aprelin 30-u hakimiyyətin razılığı ilə Ussuriyskdə Stalinin xatirəsinə lövhə yaradıldı. Qələbənin 70-ci ildönümü ərəfəsində bir neçə şəhər küçələrində, xüsusən Moskva, Ekaterinburq və Maxaçqalada Stalinin portretləri görünməyə başladı. Rusiya paytaxtında, eləcə də Krasnoyarskda Stalinə abidə ucaltmaq təklif edirdilər.
“Memorial”da bildiriblər ki, Stalinin fiqurunda olan hər hansı bir abidənin quraşdırılması axmaqlıqdır. Hətta Rusiya Pravoslav Kilsəsi şəxsiyyətə pərəstiş xəstəliyinə tutlanları “ayılmağa” çağırıb. Bu ilin mart ayının əvvəlində isə məlum oldu ki, bu yaxınlarda qeyri-kommersiya təşkilatından tam dövlət nəzarətinə keçən QULAQ-ın “Perm-36” muzeyi kökündən dəyişəcək: repressiyalar və Stalin haqda bütün qeydlər silinəcək.