Avropa krallardan imtina etməyə hazırlaşmır

London
London - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi hallarda monarxların saxlanmasına çəkilən xərclər insanlarda narahatlıq yaradır

Avropa krallardan imtina etməyə hazırlaşmır
Avropa monarxları dinc yata bilərlər. Siyasi çəkinin itirilməsi, daimi qalmaqallar və digər problemlərə baxmayaraq vətəndaşlar hələ də onlara inanaraq populyarlıqlarını itirməyə imkan vermirlər. Avropa kontinentindəki beş hakim ailələrin populyarlıq səviyyəsi 60% —dır. Hökmdarlarının populyarlıq səviyyəsi 50%-dən aşağı enən İsveç və İspaniya bu sıradan çıxırlar. İşin mənfi tərəfi isə Avropa monarxlarının saxlanma xərclərinin çox olmasıdır. Bu da vergi ödəyicilərini məyus etməyə bilməz. Məsələn, 2013-2014 illərdə Britaniya monarxiyası 55 milyon dollar dəyirində idi. Bu, yalnız Bukinqem Sarayını tənqid edənlərə əlavə xal verdi. Onlar hesab edirlər ki, monarxiya köhnəlib və ölkə üçün artıq yaxşı heç nə verə bilmir. Lakin Britaniyada bu fikirlər geniş dəstək ala bilməsə belə, İspaniyada məsələ bir qədər fərqlidir. Orada tez-tez bu qeyri-populyar təşkilatın yalnız qan ilə bağlı olan bir neçə ailənin xeyrinə fəaliyyət göstərdiyi haqda danışırlar. Bu tənqidi münasibət əsasən jurnalist işinin nəticəsidir. Onlar monarxlar və ya onların yaxınları ilə bağlı hər hansı bir hekayəni ictimaiyyətə çatıdırırlar. Bütün jurnalistlərin həvəslə məşğul olduqları ilk qalmaqal şahzadə Diananın hekayəsi oldu. Onun ölümündən sonra keçən illər ərzində məlum oldu ki, monarxların şəxsi həyatı yoxdur, heç ola da bilməz, —, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Ümumdünya Tarix İnstitutunun direktor müavini Mixail Lipkin deyir:

“İspaniyada monarxiyadan imtina edərək sırf respublika hakimiyyəti formasına keçməyin tərəfdarları daha çoxdur. Orada qalmaqallar korrupsiya xarakterlidir, monarxların layiqli və ya nalayiq davranışı müzakirə edilir. Biz müasir dünyada yaşayırıq və indiki informasiya texnologiyaları bütün gizlilikləri aydın edir. Hakimiyyət həyatının çərçivəsində baş verən hər məsələnin cəmiyyət üçün aşkarlığı artır. Monarxiya evlərinin başında duranlar digərlərindən bir baş üstün olmağa məcburdurlar ki, 18-19-cu əsrlərdə baş verən və yalnız bir qrup insana məlum olan məsələlər ictimaiyyətə çatmasın. Buna görə də, biz medianın “yüksək ailə” üzvlərinin hər addımına, hər hərəkətinə böyük diqqətini görürük”. 

Monarxiyaların üzləşdiyi problemlərdən biri də multikulturalizmin nəticələridir. Cəmiyyət çoxmillətli olub, miqrantların isə monarxiyanın məna və rolu haqda öz anlayışları var, — Moskva Dövlət Universitetinin xarici dillər və regionşünaslıq fakültəsinin prezidenti Svetlana Ter-Minasova deyir:

“İngilis cəmiyyəti, bütün ölkələr kimi çoxmillətlidir. İndi demək olar ki, mono-etnik ölkə yoxdur. Əgər çoxlu millət varsa, sinif fərqliliklərini deməsək belə, müvafiq olaraq miqrantların — Pakistan, Keniya və digər keçmiş koloniyalardan, eləcə də sayca azlıqları təşkil edən britanlar və anqlosaksonların fikirləri çox fərqli olacaq”.

Eyni zamanda müasir dünya və xüsusilə Avropa monarxiyanı ləğv edərək bu institutun üstündən xətt çəkməyə hazır deyil. Kral və ya kraliçanı tənqid etmək, onların varislərinin həyat detalları müzakirə etmək və bir çox nəsilləri bağlayan ənənəni unutmaq tamam fərqli məsələlərdir. Sərf olunan pulların miqdarından asılı olmayaraq çox az insan kral toyları və digər bayramları izləmək zövqündən imtina edəcək. 

Xəbər lenti
0