Dünya nizamında çox böyük gərginlik var

© sputnik.azTofiq Abbasov_politoloq
Tofiq Abbasov_politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasındakı müzakirələri dəyərləndirir

Dünya nizamında çox böyük gərginlik var
BMT sessiyasında müzakirə olunan məsələlər, xüsusən də prezidentlər Obama və Putinin çıxışları siyasi şərhçilərin diqqət mərkəzindədir. BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında Suriya problemindən tutmuş, Ukraynadakı vəziyyətə qədər bir çox önəmli məsələlər müzakirə olununb və beynəlxalq münasibətlərin növbəti inkişafı üçün fikirlər səsləndirilib. Bəs gələcək dünyz düzənində 70-ci sessiyasının nə kimi rolu olacaq? Qərb-Rusiya konfrantasiyası artan, yoxsa azalan xətlə inkişaf edəcək? Suallarımızı politoloq Tofiq Abbasov cavablandırır. 

- Tofiq müəllim, BMT Baş Assambleyasının sessiyasından hansı qərarların qəbulunu gözləyirdiniz? Proqnozlarınız özünü doğrultdumu? 

—  BMT-nin indiki bu yubiley sessiyasında keçən proseslər hamısı göstərir ki, dünya nizamında çox böyük gərginlik var və fövqəl qüvvələr hələlik ki, bir-birlərinə dair komporomis ruhlu mövqe sərgiləmirlər. Ola bilsin ki, keçirilmiş görüşlər xüxusilə də Obama ilə Putin arasında baş tutmuş danışıqlardan sonra hansısa məqamlarda yumşalmalar baş versin. Lakin o ki, qaldı BMT-nin qərarlarına BMT-nin qərarları elə-belə verilmir, bu cür yığıncaqlarda ancaq mövcud vəziyyətə, reallığa dair münasibətlər bildirilir. Qərarlar isə yalnız qətnamələr qəbul olunduqdan sonra bəlli olur ki, bu və ya digər məsələ ilə bağlı hansı mövqe, hansı yanaşma var və birlik onlarla bağlı necə həll yollarını müəyyən edir. Heç bir dönüş gözləmirdim, sadəcə mənim üçün maraqlı olan o idi ki, Rusiya ilə ABŞ rəhbərləri son iki il ərzində heç bir dəfə də olsun üz-üzə görüşməmişdilər,bundan irəli gələn reallıq o idi ki, qarşıdurma meylləri güclənirdi və dünyanın qaynar nöqtələrində vəziyyət pisdən daha da pisə doğru sürüklənirdi. Ona görədə baş tutmuş bu danışıqlar, dövlət rəhbərlərinin çıxışları, müxtəlif ölkələrin ən aktual problemlərə yanaşmaları artıq onu göstərir ki, narazıçılıq durmadan artır. Ona görədə BMT dünya birliyinin ən ali strukturu kimi əlbəttə ki, biganə qala bilməz.

- Ən çox diqqət çəkən məqam ABŞ prezidenti Barak Obamanın və Rusiya prezidenti Vladimir Putinin çıxışları,  sonra isə görüşləri oldu, sizcə hadisələrin gələcək inkişafı necə olacaq? 

—  Əsas problemin yenə də Suriya ilə bağlı olduğunu görürük. Çünki, Sruiyada vəziyyət xaosa sürüklənib. ABŞ-nın təşəbbüsü ilə yaranmış beynəlxalq koalisiya hələ ki, gözlənilən nəticəni verə bilmir. Bir yandan raportlar gəlir ki, müxtəlif dövlətlərin aviasiyaları, qırıcıları İsalam dövlətinin dayaq nöqtələrini bombalayırlar, onları məhv edirlər. Lakin bu raportların olmasına baxmayaraq heç bir irəliləyiş yoxdur və cihad elan etmiş radikal islam qrupları durmadan hücum strategiyasını həyata keçirirlər, ona görə də təhdidlərin sayı artır. Eləcədə Livan, İordaniya, İraqın cənubu və digər dövlətlər o cümlədən də post-sovet məkanına aid areallar da artıq təhdidlərlə üz-üzə qalır. Dünya birliyinin ABŞ və onun müttəfiqlərinə bir sıra sualları doğub, bu da təbiidir, çünki əgər əllidən artıq dövlətin bu koalisyada iştirakı varsa, bunlar niyə bir yığın radikal qurupların əlində aciz qalıblar. Rusiyanın Suriyaya hərbi texnika göndərməsi, mütəxəsislərini yollaması artıq vəziyyəti köklü sürətdə dəyişir. Yani əgər bu hadisyə qədər ABŞ öz müttəfiqləri ilə öz bildiyi qayda da hərəkət edirdisə, artıq Rusiyanın orada geniş təkibdə və texnika ilə təmsil olunması ABŞ-ı bir qədər kompromisli mövqe tutmağa sövq edir. Suriyada əgər vəziyyət yaxşıya doğru dəyişə bilərsə onda ola bilsin ki, digər problemlərlə də bağlı  iki fövqəl güc daha kompromisli və daha sülh məramlı ruhla konsensus tapa bilsinlər. Söhbət burada ilk növbədə Fələstin-İsaril qarşıdurmasından, post-sovet məkanındakı dondurulmuş münaqişələrdən və digər problemlərdən gedir ki, onlarla bağlı fövqəl qüvvələr bir qayda olaraq öz bildikləri ilə oturub-dururlar, qarşı tərəfi dinləmək istəmirlər. Belə getsə dünya nizamı getdikcə gərginləşəcək, pozulacaq və qlobal fəlakətdə baş verə bilər. Yəni bunu düzgün qiymətləndirmək lazımdır.  Dünya birliyinin bu yaxınlara qədər diqqəti Ukranya böhranı ətrafında cəmlənirdisə, indi artıq  əsas vurğu Suriya və yaxın şərqə doğru yönəlir. Və lazımdır ki, bu böhranın öhdəsindən gəlmə bacaragı olan qüvvələr bir istiqamətdə, həmahəng çıxış etsinlər və real dönüş əldə olunsun. Bu olsa əlbəttə ki, onda ümidlər arta bilər.

- BMT tribunasından çıxış edən hər bir siyasi lider beynəlxalq hüquqa istinad edir, amma müasir dünyada bu prinsiplərə o qədər də riayyər olunmur. Bunu beynəlxalq hüququn böhranı kimi izah etmək olarmı? 

—  Beynəlxalq hüququ indi tələm-tələsik dəyişməyə ehtiyac yoxdur, çünki beynəlxalq hüquq praqmatizm əsasında formalaşıb. İkinci Dünya bitəndən sonra dövlətlər-həmin o beşlik onalar qərara gəldilər ki,qarşıdurma baş amil olarsa, hər şey toqquşmalar vasitəsi ilə baş verərsə onda dünyanın gələcəyi çox çətin və dumanlı olacaq. O dövrdə belə qərara gəldilər ki, ümumi konsensus tapsınlar və ortaq prinsiplər əsasında ümumi dünya nizamı qurulsun. Söhbət ondan gedir ki, müasir dönəmdə, “soyuq müharibə” bitdikdən sonra ABŞ özünün artıq vahid hegomon qüvvə olmasını təsbit etməyə başladı. Biz B.Yeltsin dövründə dəfələrlə gördük ki, Yoquslaviya ilə bağlı tək başına qərar qəbul edəndə Rusiyanın mövqeyini nəzərə almadı. Dünya nizamının böhranının yox hegomon qüvvələrin bir tərəfli çıxış etməyinin, fəaliyyət göstərməyinin şahidi oluruq ki, onlar hətta dünya nizamına məhəl qoymurlar. Belə olduqda artıq güclü olan tərəf həmişə düzgün sayılır. Bu yol verilməz və  bir yazılmamış qanuna uyğunluqdu. Ona görə də çıxışında Rusiyanın prezidenti V.Putin ABŞ-nın adını çəkməsədə hegomon qüvvəyə üzünü tutub deyirdiki, siz dünya çapında çox böyük fəlakətlərə imza atmısız. Siz qüvvədə olan dünya nizamını, beynəlxalq hüququ pozmusuz. Belə şeylər olmasın deyə gərək birqütblü dünya öz sonluğu ilə barışsın. Yavaş-yavaş proses buna doğru gedir, çünki bizim gördüyümüz də, proqnoz mərkəzlərinin verdiyi təxminlərdə ondan xəbər verir ki, 2017-2018-ci ilə qədər Çin Xalq Respublikası dünyanın bir nömrəli iqtisadiyyatına çevriləcək. Bu da onu göstərir ki, ABŞ artıq bir qütblülüyün tarixə qovuşması ilə barışmalıdır. Digər tərəfdən Rusiayada öz potensialından istifadə edir ki, birqütblü dünyanın nizamını sona yetirsin və yeni bir dövrə start versin. Bunun üçün imkanlar var ABŞ- da təbii ki, belə şeylə razılaşmaq istəmir, çünki o hərbi texniki cəhətdən dünyanın ən qüdrətli ölkələrindən biridir. Lakin Rusiyanın da hərbi potensialı Amerkanlardan geri qalmır. Ona görə bir çox şeylərdə əgər silahlar danışmırsa o demək deyil ki, onların əhəmiyyəti yoxdur. Silahlar danışmayanda da onların əhəmiyyəti var və onların sahibi ilə hesablaşmaq lazım gəlir. Bu baxımdan ən yaxın zamanlarda biz dünya nizamının köklü dəyişikliyinin şahidi olacayıq. Beynəlxalq hüquq kompleksinə elə bir ciddi və köklü korrektələr etməyin vaxtı deyil hələ, heç ona lüzum da yoxdur. Lakin, sadəcə olaraq dünya birliyinin üzvləri gərək bir qayda olaraq qüvvədə olan nizama riyaət eləsinlər. Belə olarsa onda dünyada əmin-amanlıq da artar.

Xəbər lenti
0