Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avtomobildə siqaret çəkmək qadağan olundu

© indialive.todaySiqaret çəkmək qadağanı
Siqaret çəkmək qadağanı - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydanı pozanları ciddi cərimə gözləyir.

BAKI, 2 okt – Sputnik. Böyük Britaniyada siqaretlə bağlı yeni qərar qəbul edildi. Qapalı məkanlarda siqaret çəkməyin qadağan olunduğu ölkədə, artıq maşında da çəkilməsinə icazə verilməyəcək.

Qanuna əsasən, əgər avtomobilin içində 18 yaşından kiçik biri varsa, sürücülər siqaret çəkə bilməz. Avtomobilin pəncərəsi açıq olsa belə qadağa qüvvədə olacaq. Qaydanı pozanları isə 50 funt-sterlinq cəza gözləyir.

Qadağada əsas məqsəd gənclərin passiv siqaret çəkən olmasının qarşısını almaqdır.

Uels və İngiltərə artıq qadağanı tətbiq etməyə başlayıblar.

Krallığın digər ölkəsi Şotlandiya da gələn il qadağanı tətbiq etməyə hazırlaşır.

Xəbər lenti
0