BAKI, 1 okt – Sputnik. PKK terrorçularının xain hücumları ən çox uşaqlara zərər verir.
Diyarbakırda məktəblərin birinin pəncərəsində, PKK-lı quldurlar tǝrǝfindǝn yerləşdirilǝn bomba, polisin diqqəti sayəsində aşkarlanıb. Məktəbliləri evakuasiya edən polis məmurları bombanı zərəsizləşdirib.
PKK-lı terrorçular dünən də Vanın Tuşba bölgəsindəki Əhməd-i Hani Anadolu Liseyinə bomba və silahlı hücum təşkil etmişdi. Hücumun gecə saatlarında həyata keçirilməsi faciənin qarşısını almışdı.