BAKI, 1 okt — Sputnik. Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.
Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.