Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah yağış yağacaq

CC0 / StockSnap / rainДождь
Дождь - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 1 okt — Sputnik. Oktyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.  

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlıq ərazilərdə gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. 


Xəbər lenti
0