BAKI, 1 okt – Sputnik. İngiltərəli elm adamları korluğa səbəb olan “sarı nöqtə” xəstəliyinin müalicəsində olduqca önəmli addım atdıqlarını açıqlayıblar.
Alimlər, kök hüceyrə müalicəsiylə tətbiq edilən metodla bir çox insanın yenidən görməsinin təmin edildiyini bildiriblər.
Moorfields göz xəstəxanasının həkimləri müsbət nəticə alınacağı təqdirdə 45 dəqiqə davam edən bu əməliyyatın tətbiq olunmağa başlayacağını qeyd ediblər.
Araşdırmaçılar, müalicənin işə yarayıb yaramadığının dekabr ayında bilinəcəyini və əgər müsbət nəticə alınsa, 45 dəqiqə davam edən bu əməliyyatın 2 il ərzində ölkə daxilindǝki xəstəxanalarda tətbiq olunacağını söyləyiblər.