BAKI, 1 okt – Sputnik. Diyarbakırın Silvan qəsəbəsində, məzuniyyətlərini başa vuraraq hərbi hissələrinə qayıdan iki əsgər PKK terrorçularının hücumuna məruz qalıb. Hadisədə hər iki əsgər şəhid olub.
Şəhid olan əsgərlərin kimlikləri də açıqlanıb. Onlardan biri 26 yaşlı çavuş Tolqa Topçuoğlu, digəri isə 31 yaşlı Sinan Uçandır.
Hücumdan sonra hadisə yerinə çoxlu sayda polis sövq edilib.
PKK-lı terrorçuların tapılması üçün bölgədə genişmiqyaslı əməliyyatlar başlayıb.
Şəhidlərin cənazələri isə Silvan Dövlət Xəstəxanasına aparılıb.