BAKI, 1 okt – Sputnik. Nyu-Yorka səfərinin sonuncu günündə BMT baş assambleyasında liderlərə səslənən Türkiyə baş naziri Əhməd Davudoğlu, ölkəsinin Fələstinə dəstəyinin davam edəcəyini bildirib.
İsrailin Fələstini bölmə səylərini tənqid edən Davudoğlu “Fələstin bölünməzdir” deyib.
“Fələstin gec ya tez müstəqil olacaq. Qəzza qeyri-insani blokadadan azad olunmalıdır”, deyə Davudoğlu əlavə edib.
Davudoğlu qaçqın böhranı və İŞİD ilə mübarizədən dǝ danışıb.
“Əsədin və İŞİD-in olmadığı demokratik Suriya qurulmalıdır. Öz xalqını qəddarcasına öldürən Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Siyasi dəyişikliyə səbəb olacaq diplomatik həllə ehtiyac var”, deyə Əhməd Davudoğlu bildirib.