Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" azarkeşlərinə əla şans: "Kayrat"la oyuna ucuz baxa biləcəklər

© Sputnik / Murad Orujov"Qarabağ" azarkeşləri
Qarabağ azarkeşləri - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Ağdam klubunun azərbaycanlı azarkeşləri Qazaxıstanın "Kayrat" futbol klubuna qarşı səfər matçına cəmi səkkiz manata qatıla biləcəklər.
BAKI, 2 noyabr — Sputnik. Ağdamın "Qarabağ" futbol klubu UEFA Konfranslar Liqasının dördüncü turunda Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəkləri oyun öncəsi azarkeşlərinə müraciət edib. Bu barədə klubun mətbuat xidməti bildirib.
Klub Almatıdakı stadionda keçiriləcəyi nəzərdə tutulan matçı canlı izləmək istəyən azarkeşlərinə üç - 26, 27 və 28-ci sektorlarda onlar üçün yerlərin ayrıldığı barədə barədə məlumat verib və bilet alarkən bu faktı nəzərə almalarını xahiş edib.
Dieqo Armando Maradona, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2021
İDMAN
Maraqlı lotereya: Maradona ilə pul qazanmaq
"Kayrat" və "Qarabağ" futbol klubları arasında keçiriləcək matçın biletləri 2000 təngəyə (8 manat) başa gəlir.
UEFA Konfranslar Liqasının dördüncü turunda "Kayrat"la "Qarabağ" futbol klubları arasında matç noyabrın 4-də Bakı vaxtı ilə saat 19:30-da Almatıda başlayacaq.
Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda bu klublar arasında keçirilən ilk oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Üç turdan sonra "Qarabağ" klubunun hesabında 7 xalı var – klub "N" qrupunda İsveçrənin "Bazel" komandası ilə birinci-ikinci yerləri bölüşür. "Kayrat"ın hesabında isə bir xal var və o, Kiprin "Omoniya" komandası ilə üçüncü və dördüncü yerləri bölüşür.
Eləcə də oxuyun:
* "Qarabağ" darmadağınla çempionatın liderliyinə yüksəldi
* DÇ-2022 üçün ofsayd aşkarlama sistemi hazırlanıb
* Əfsanə "Barselona"ya qayıdır
Xəbər lenti
0