Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazirlik hamilə qadınlara Pfizer-lə peyvənd olunmağı tövsiyə edir

© AFP 2023 / LOIC VENANCEHamilə
Hamilə - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.
BAKI, 25 oktyabr — Sputnik. Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer ("Comirnaty") vaksini ilə peyvənd olunmağı tövsiyə edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.
Bununla bağlı son elmi tədqiqatların nəticələri, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsi, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələri nəzərə alınıb.
Qeyd olunub ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.
Məlumat üçün bildirək ki, hazırki qaydalara əsasən Azərbaycanda hamilə qadınlara və süd verən analara əks-göstəriş sertifikatı verilməlidir. Bu proses uzun çəkdiyindən tələbələr, işləyən hamilə və süd verən qadınlar əks-göstəriş sertifikatını aidiyyatı üzrə təqdim etməkdə gecikirlər. Bu isə bəzən hamilə qadın tələbələrin təhsildən imtina etməsi ilə nəticələnir.
Xatırladaq ki, hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Həmçinin oxuyun:
Koronavirusa yoluxmuş hamilələrin vəziyyətində dölün cinsiyyəti də rol oynayır
Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi?
Xəbər lenti
0