CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə yük qatarı fəhlə daşıyan mikroavtobusla toqquşdu: ölənlər var

© AP Photo / Emrah GurelАвтомобиль скорой помощи в Турции, фото из архива
Автомобиль скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Türkiyə Dövlət Dəmiryolu İdarəsinin qəza ilə əlaqədar verdiyi açıqlamada, keçidin piyada və nəqliyyat vasitələrinin girişinə bağlı olduğu bildirilib.
BAKI, 4 sentyabr — Sputnik. Bu gün günorta saatlarında Türkiyənin Təkirdağ rayonunun Ergənə ərazisində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, dəmir yolu keçidində yük qatarının mikroavtobusa çırpılması nəticəsində 6 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə Ergene rayonunun Vəlimeşə məhəlləsi ərazisində baş verib. Ədirnədən İstanbula gedən yük qatarı keçiddə zavoda fəhlə daşıyan mikroavtobusla toqquşub. Yaralılar Çorlu və Çərkəzköy xəstəxanalarına çatdırılıblar. Qatar səfərləri bir müddətlik təxirə salınıb.
Türkiyə Dövlət Dəmiryolu İdarəsinin qəza ilə əlaqədar verdiyi açıqlamada, keçidin piyada və nəqliyyat vasitələrinin girişinə bağlı olduğu bildirilib.
Xəbər lenti
0