21:08 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
DÜNYA
Qısa URL
33 0 0

Müxalifətdən olan deputatlar bildiriblər ki, davada Artsvik Minasyanın paltarı cırılıb, Anna Mkrtçyanı isə zorla zaldan çıxarıblar.

BAKI, 24 avqust — Sputnik. Bu gün Ermənistan parlamentində qalmaqal yaşanıb. Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlamentin iclasında "Şərəfim var" blokunun deputatı Anna Mkrtçyan öz çıxışı zamanı Paşinyanın yol verdiyi səhvləri sadalamağa başlayıb.

O, Paşinyanın iclas zalına xeyli sayda mühafizəçi ilə gəlməsinə də diqqət çəkib. Mkrtçyan çıxış edən vaxt "Vətəndaş müqaviləsi" partiyasının deputatları yerlərindən qışqıraraq onun sözünü kəsməyə çalışıblar. Əvəzində deputat öz həmkarlarını "kapitulyantın tərəfdarları" adlandırıb.

Yaranan qalmaqaldan sonra parlamentin sədri Alen Simonyan əvvəl Mkrtçyanın mikrofonunu söndürüb, sonra isə onun zalı tərk etməsini istəyib. Deputat bundan imtina edəndə də mühafizəçiləri köməyə çağırıb. Ancaq "Ermənistan" və "Şərəfim var" bloklarının deputatları Mkrtçyanı dövrəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Simonyan parlamentin iclasına 20 dəqiqəlik ara vermək məcburiyyətində qalıb. Bundan sonra parlamentdə deputat qrupları ilə mühafizəçilər arasında dava düşüb. Bəzi deputatlar "Nikol satqındır!" deyə qışqırmağa başlayıblar.

Daha sonra müxalifətdən olan deputatlar bildiriblər ki, davada Artsvik Minasyanın paltarı cırılıb, Anna Mkrtçyanı isə zorla zaldan çıxarıblar.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində gələcək beş il üçün hökumət proqramı müzakirə olunur.

Eləcə də oxuyun:

Teqlər:
Ermənistan, parlament, dava, Nikol Paşinyan, video

Əsas mövzular