23:18 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
14 0 0

Ümumilikdə bu günə qədər Antonio Stradivarinin (1644-1737) düzəltdiyi təxminən 450 skripka da daxil olmaqla 650 alət saxlanılıb. Ustadın fəaliyyətinin "qızıl dövrü" adlanan 1700-1720-ci illərdə yaratdığı alətlər isə daha yüksək qiymətləndirilir.

BAKI, 23 avqust — Sputnik. Məşhur ustad Stradivarinin 146 milyon funt sterlinq ($200 milyon) dəyərində 12 ədəd skripkası "tarixin ən bahalı albomu"nu yazmaq üçün bir araya gətirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, layihəni "J&A Beare" şirkətinin skripka satıcısı Stefann Smit hazırlayıb. Albomun yazılması məqsədilə skripkalar Avropa, Amerika və Asiya üzərindən birinci sinif aviareyslərlə Londona çatdırılıb. Alətlər layihənin həyata keçiriləcəyi müddətə icarəyə verilib.

"12 Stradivari" adlı albom 10 sentyabrda təqdim ediləcək.

Ümumilikdə bu günə qədər Antonio Stradivarinin (1644-1737) düzəltdiyi təxminən 450 skripka da daxil olmaqla 650 alət saxlanılıb. Ustadın fəaliyyətinin "qızıl dövrü" adlanan 1700-1720-ci illərdə yaratdığı alətlər isə daha yüksək qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Stradivariyə məxsus 700-dən artıq musiqi aləti bu günə qədər gəlib çıxıb və onlar əntiq əşya kimi çox dəyərlidirlər. Hərraclarda bu alətlərin hər birinin əsli bir neçə milyon dollarlarla (avrolarla) qiymətləndirilir.

Stradivari Duport (it. Stradivari Duport) Antonio Ciakoma Stradivarinin hazırlamış olduğu, məşhur violonçel ustası Jan Lui Duportun (fr. Jean-Louis Duport) şərəfinə adlandırılmış əntiq violonçeldə 1974—2007-ci illərə qədər Mstislav Rostropoviç ifalar edib. O, bu aləti mübaliğə ilə onun "məşuqəsi" adlandırıb. Rəvayətə görə, alətin üzərindəki cızıqlar Napoleonun ifa zamanı şporlar vasitəsilə qoyduğu "yadigarlardır".

Həmçinin oxuyun:

Mediçi ailəsinin diqqətini cəlb etmiş azərbaycanlı musiqiçilər

Teqlər:
skripka

Əsas mövzular