Türkiyədəki dəhşətli avtobus qəzasının videogörüntüləri yayıldı

© Photo : AnadoluTürkiyədə avtobus qəzası
Türkiyədə avtobus qəzası - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində on dörd nəfər həlak olub, on səkkiz nəfər isə xəsarət alıb.
BAKI, 8 avqust - Sputnik. Türkiyədə dəhşətli yol qəzası olub.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, ötən gecə, 04:40-da Balıkesir-Edremit yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində həlak olub, 18 nəfər xəsarət alıb. Xəstəxanaya aparılan daha üç nəfər orada keçinib.
Yaralılar bölgədəki beş xəstəxanaya daşınıblar. Qəza ilə bağlı araşdırma aparılır.
Xəbər lenti
0