06:20 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
DÜNYA
Qısa URL
1814 0 0

Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi və xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edib.

BAKI, 14 iyul - Sputnik. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi və xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətin rəsmi saytında dərc olunub.

"Təhlükəsizlik Şurasının təşkili və fəaliyyəti haqqında" qanunun 711-ci maddəsinə uyğun olaraq, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. "Dövlət qulluğu haqqında" qanununun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilsin, - Paşinyanın sərəncamlarında bildirilir.

Ermənistanda kadr problemi

Ötən gün erməni KİV-lərinin yazdığına görə, Ermənistan xarici işlər naziri postuna namizəd axtarışı davam edir və Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu məsələ ilə bağlı dalana dirənib. O, bu vəzifəyə namizəd tapa bilmir.

"Müxtəlif adlar səslənir: Buraxılan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, Ruben Rubenyan, parlamentin spikeri Ararat Mirzoyan, Baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan və hətta Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın da adı var", - "Hraparak" nəşri yazıb.

Burada qeyd olunur ki, sonuncunun nazir kimi təyinatı Rusiya və ABŞ tərəfindən də təsdiqlənəcək. Lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdəki yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək:

"Ararat Mirzoyan nazir vəzifəsindən imtina edib. Mqer Qriqoryan da "siyasətdən kənar" baş nazirin müavini statusunda özünü yaxşı hiss edir, Xarici İşlər Nazirliyinə getməyə və siyasi məsuliyyəti bölüşməyə meyilli deyil. Bizim sualımıza cavab olaraq Qriqoryan bildirib: "Zəhmət olmasa, məndən hökumət formalaşana qədər şərh gözləməyin".

Xatırladaq ki, iyulun 6-sı Ermənistanın "Hraparak" nəşri Ermənistan XİN-indən azad düşünən diplomatların uzaqlaşdırılması prosesinin davam etdirildiyini bildirir.

Nəşr yazır ki, bu qəbildən olan diplomatların "Facebook" hesabı hökumət tərəfindən diqqətlə araşdırılır.

"Əgər Tanrı göstərməsin, "Mülki razılaşma" partiyasının əleyhinə yazılan postda şərh və ya layk görülsə, onda diplomatlar yalnız xaricdə işləmək hüququndan deyil, karyera inkişafı perspektivindən də məhrum olacaqlar", - deyə nəşr yazır.
Qeyd olunur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil.

Nəşr yazır ki, XİN əməkdaşlarına səbir etmək və yeni nazirin təyinatını gözləməyi məsləhət görürlər.

Həmçinin oxuyun: 

* Paşinyan dalana dirənib – nazir qoymağa adam tapmır

* Ermənistan xarici işlər naziri postuna adam tapa bilmir

Əsas mövzular