18:00 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
39 0 0

LGBT hüquqlarının müdafiəsi həftəsi qapalı kino nümayişindən başlanıb, bazar ertəsi isə təşkilatçıların planına görə, şəhərin mərkəzində paradla bitməlidir.

BAKI, 1 iyul — Sputnik. Gürcüstan paytaxtında polislər LGBT hüquqlarının müdafiəsi həftəsinə qarşı etiraz aksiyasında iştirak edən 11 nəfəri saxlayıb.

Bu barədə Sputnik Gürcüstan xəbər verir.

"Tbilisi prayd" QHT-nin təşkil etdiyi LGBT hüquqlarının müdafiəsi həftəsi cümə axşamı qapalı kino nümayişi ilə başlayıb. Tədbirin keçiriləcəyi məkan gizli saxlansa da, belə tədbirlərin əleyhdarları filmin nümayiş olduğu yerə gələrək binanın mərkəzi girişinə keçmək istəyiblər.

Vəziyyət bir neçə dəfə gərginləşib. Aksiyanın xüsusilə aqressiv iştirakçıları jurnalistlərə və polislərə şüşə butulka və yumurta tullayıblar.

 

Etriazçılar yolu bağlamağa cəhd edərkən polisə müqavimət göstərməyə başlayanda hüquq mühafizəçiləri onları həbs ediblər. 

Gürcüstan DiN nümayəndələrinin verdiyi məlumata görə, onların hamısı inzibati xətaya görə saxlanılıblar.

Bu arada, "Tbilisi prayd"ın tərəfdarlarından əlavə, filmi seyr etməyə xarici doplomatlar, müxalif siyasətçilər də təşrif buyuraraq dəstəklərini bildiriblər.

LGBT hüquqlarının müdafiəçiləri cümə axşamından bazar gününədək bir neçə tədbir planlayıblar, bazar ertəsi isə Tbilisinin mərkəzində yürüşə çıxmaq istəyirlər.

LGBT-ni dəstəkləyən tədbirlərə Gürcüstan Patriarxlığı da qarşı çıxıb: onlar hesab edirlər ki, "Ləyaqət marşı" LGBT-nin maraqlarına deyil, "xırda qrup şəxslərin müəyyən gəlir əldə etməsinə və bu qrupa qarşı insanlar arasında süni aqressiyanın yaranmasına xidmət edir".

Eləcə də oxuyun:

  • Gürcülər yenə üsyanda: bu dəfə onları iki gəncin sevgisi qəzəbləndirib - VİDEO - FOTO

Əsas mövzular