12:30 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
DÜNYA
Qısa URL
35 0 0

Tacik sərhədçilər humanizm və dinc qonşuluq prinsipləri ilə davranaraq dövlət sərhədini keçən əfqan hərbçilərə öz ərazilərinə maneəsiz girməyə icazə veriblər.

BAKI, 27 iyun - Sputnik. Taliblərin Əfqanıstanın Bəlx əyalətinin Kaldor mahalının Uçkuk sərhəd məntəqəsinə hücumu nəticəsində hökuməıt qüvvələrinin 17 hərbçisi Tacikistan ərazisinə keçməli olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Yerli vaxtla 12:50-də şiddətli silahlı qarşıdurma nəticəsində 17 hökumət qüvvələri hərbçisi şəxsi heyətin həyatını qurtarmaq üçün 1-ci "Şəhritus" sərhəd dəstəsi vasitəsilə Tacikistan ərazisinə çəkilməyə məcbur qalıb", - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, tacik sərhədçilər humanizm və dinc qonşuluq prinsipləri ilə davranaraq dövlət sərhədini keçən əfqan hərbçilərə öz ərazilərinə maneəsiz girməyə icazə veriblər.

"Həmin sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır, "Taliban" qruplaşması ilə əfqan hökumət qüvvələri arasında hərbi əməliyyatlar davam edir", - o əlavə edib.

Teqlər:
Taliban, Əfqanıstan, Tacikistan, sərhəd, hücum

Əsas mövzular