19:46 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
© Sputnik / Vladimir Umikashvili

Yanğın yerinə Gürcüstan Fövqəladə Hallar Xidmətinin 8 yanğınsöndürmə briqadası göndərilib. Onlar 40 dəqiqə yanğınla mübarizə aparıblar.

BAKI, 6 iyun - Sputnik. Gürcüstanın Rustavi şəhərində, avtomobillərin sənədləşdirilməsi terminalında güclü yanğın olub.

Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Alov parklanma yerində başlayıb.

Yanğın yerinə Gürcüstan Fövqəladə Hallar Xidmətinin 8 yanğınsöndürmə briqadası göndərilib. Onlar 40 dəqiqə yanğını ram etməyə çalışıblar.

İlkin məlumata görə, hadisə nəticəsində 12 avtomobil yanıb. Yanğının səbəbləri araşdırılır. Ehtimal var ki, hadisə elektrik naqilinin sıradan çıxmasından qaynaqlanıb. Günün sonunadək mütəxəssislər ziyanı dəyərləndirəcəklər. 

Yanğın zamanı insanlar xəsarət almayıblar.

 

Teqlər:
video, yanğın, maşın bazarı, Rustavi, Gürcüstan

Digər videolar

Əsas mövzular