01:02 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (701)
10

Belçika əhalisi 1 iyuldan etibarən Avropa Birliyində (AB) pandemiya vəziyyətinin pis olduğu və "qırmızı zona" adlandırılan ölkələrə AB-nin Rəqəmsal COVID sertifikatı ilə səyahət edə biləcəklər.

 

BAKI, 6 iyun — Sputnik. Belçikada COVID-19 ilə mübarizə çərçivəsində 16-17 yaşlı gənclərin aşılanmasına qərar verilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Belçika hökuməti ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətlərinin COVID-19 vaksinlərinin 16-17 yaş qrupuna tətbiq edilməsinə dair razılıq verib.

Bildirilib ki, 16-17 yaşlarında olan gənclər öz aralarında və digər yaş qrupları arasında virusu yaymağa davam edirlər.

Bu arada Belçikada karantin tədbirləri yumşaldılıb. Vəziyyətinin müsbət olduğu yaşıl və narıncı bölgələrdən ölkəyə qayıdan insanlar karantinə alınmayacaqlar. Yumşaldılma tədbirləri çərçivəsində restoran, kafe və bar kimi yerlər 05.00-dan 23.30-a qədər açıq olacaq. 9 iyundan etibarən qapalı yerlərdə fəaliyyətlərinə icazə verilən obyektlərdə masalar arasında məsafə ən az 1,5 metr olacaq.

Belçika əhalisi 1 iyuldan etibarən Avropa Birliyində (AB) pandemiya vəziyyətinin pis olduğu və "qırmızı zona" adlandırılan ölkələrə AB-nin Rəqəmsal COVID Sertifikatı ilə səyahət edə biləcəklər. Qırmızı zonalardan qayıtdıqdan sonra iki dozda peyvənd alanlar karantinə girməyəcəklər.

Qeyd edək ki, Böyük Britaniyada da ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin vaksini 12-15 yaş arası yeniyetmələrin peyvəndlənməsində istifadə üçün rəsmən qəbul olunub. Aparılan klinik sınaqlar zamanı sözügedən vaksinin həmin yaş qrupu üçün təhlükəsiz və səmərəli olduğunun təsbit edildiyi diqqətə çatdırılıb. Bundan sonra Peyvəndləmə və İmunizasiya Müştərək Komitəsi sözügedən yaş qrupunun peyvəndləmədən keçirilib-keçirilməyəcəyinə dair qərar verməlidir.

Mayın 28-də Avropa Dərmanlar Agentliyi “Pfizer” – “BioNTech” vaksininin yeniyetmələri peyvəndləmək üçün istifadəsinə razılıq vermişdi.

Eləcə də oxuyun:

  • Azərbaycanda vaksinasiya: iki doza alanların sayı milyona yaxınlaşır
  • Çin Sinovac peyvəndinin uşaqlarda istifadəsini təsdiqləyib

Mövzu:
Yeni tip koronavirus pandemiyası (701)

Əsas mövzular